DÇ-2018: İngiltərə və İsveç də 1/4 finalda (YENİLƏNDİ)
Bizi izləyin

İdman

DÇ-2018: İngiltərə və İsveç də 1/4 finalda (YENİLƏNDİ)

Bu gün Rusiyada keçirilən DÇ-2018-də 1/8 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxıb. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparıb. Qarşılaşma isveçlilərin minimal hesablı qələbəsiylə başa çatıb.

Bu cütün qalibinin 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşib. 1/8 finala son vəsiqənin sahibi Kolumbiya və İngiltərə arasında oyunda bəlli olub. Əsas vaxtı 1:1 hesabıyla bitən bu görüşün qalibi penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən ingilislər sonuncu 1/4 finalçı olublar.

DÇ-2018. 1/8 final

3 iyul

İsveç - İsveçrə 1:0

Qol: E.Forsberq, 66.

Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelof, 4. Andreas Qrankvist (k), 6. Lyudviq Auqustinsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 13. Qustav Svensson, 17. Viktor Klaesson, 20. Ola Toyvonen.

Ehtiyat oyunçular: 5. Martin Olsson, 11. Con Qvidetti, 12. Karl-Yohan Yonsson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 16. Emil Kraft, 18. Pontus Yansson, 19. Markus Rohden, 21. Cimmi Durmaz, 22. İsaak Kyese Telin, 23. Kristofer Nordfeldt.

Baş məşqçi: Yanne Andersson.

İsveçrə: 1. Yan Zommer, 5. Manuel Akanyi, 6. Mikael Lanq, 10. Qranit Caka, 11. Valon Behrami (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 15. Blerim Dzemaili, 19. Yosip Drmiç, 20. Yohan Djuru, 23. Cerdan Şakiri.

Ehtiyat oyunçular: 3. Fransis Mubandje, 4. Niko Elvedi, 7. Bril Embolo, 8. Remo Freuler, 9. Haris Seferoviç, 12. Yvon Mvoqo, 16. Jelson Fernandes, 17. Denis Zakaria, 18. Mario Qavrançiç, 21. Roman Burki.

Baş məşqçi: Vladimir Petkoviç.

Kolumbiya - İngiltərə 1:1 (penaltilər 3:4)

Qol: Yerri Mina, 90+3. - Harri Keyn, 57-pen.

Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. “Spartak” stadionu

Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 5. Vilmar Barrios, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado, 13. Yerri Mina, 16. Cefferson Lerma, 17. Yohan Mojika, 20. Xuan Kintero, 23. Davinson Sançes.

Ehtiyat oyunçular: 2. Kristian Sapata, 3. Oskar Murilyo, 7. Karlos Bakka, 8. Abel Aqilar, 12. Kamilo Varqas, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Dias, 21. Xose İskerdo, 22. Xose Kuadrado.

Baş məşqçi: Xose Pekerman.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli.

Ehtiyat oyunçular: 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 19. Markus Reşford, 21. Ruben Loftus-Çik, 22. Trent Aleksandr-Arnold, 23. Nik Pope.

Baş məşqçi: Qaret Sautqeyt.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm