Braziliyadan yeni rekord
Bizi izləyin

İdman

Braziliyadan yeni rekord

DÇ-2018-in 1/8 final mərhələsinin Braziliya - Meksika oyunu yeni rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada hesabı açan Neymar “sambaçılar”ın dünya çempionatlarında 227-ci qoluna imza atıb.

Bununla da “pentakampeonlar” Almaniyanın 226 qolluq rekordunu yeniləyib və mundialların ən məhsuldar komandası adına yiyələnib.

2:0 hesabı ilə qalib gələn Braziliyanın ikinci qolunu vuran Firmino isə bu rəqəmi 228-ə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm