"Barselona"nın müdafiəçisi Dünya Çempionatı tarixinə düşdü - - FOTO
Bizi izləyin

İdman

"Barselona"nın müdafiəçisi Dünya Çempionatı tarixinə düşdü - - FOTO

Kolumbiya millisinin üzvü Yerri Mina Dünya Çempionatı tarixinə düşüb.

Publika.az xəbər verir ki, təcrübəli müdafiəçi 1966-cı ildən bəri bir Dünya Çempionatında 3 dəfə başla qol vuran ilk müdafiə oyunçusu olub.

Dünən 1/8 final mərhələsinin son oyunları çərçivəsində Kolumbiya İngiltərə ilə qarşılaşıb. Penaltilər seriyasına qədər mübarizənin davam etdiyi matçda İngiltərə 4:3 hesabı ilə Kolumbiyanı mundialdan ələyib.

“Barselona”nın şərəfini qoruyan Yerri Mina da matçda komandasının yeganə qolunu vurmaqla rekordu təzələyib.

Polşa, Seneqal və İngiltərə qapılarına yol tapa bilən 23 yaşlı müdafiəçi turnirdə vurduğu 3 qolla Kolumbiya tarixində Dünya Çempionatında mübarizə apararkən həm də Ceyms Rodriqezdən (6) sonra ən çox qol vuran ikinci futbolçu olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm