"Qarabağ" başladı - Çempionlar Liqasının ilk matçı yalnız bu kanalda veriləcək
Bizi izləyin

İdman

"Qarabağ" başladı - Çempionlar Liqasının ilk matçı yalnız bu kanalda veriləcək

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq “Qarabağ” - "Olimpiya" matçını heç bir telekanal yayımlamayacaq.

Publika.az xəbər verir ki, buna baxmayaraq, oyunu canlı izləmək mümkün olacaq.

Klubun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər. Yayım üçün “Olimpiya”dan icazə alınıb. Lakin Sloveniya tərəfi oyunun yayımlanması üçün məhdudiyyətlə qoyub. Bu səbəbdən matç “Dailymotion” vasitəsilə təqdim ediləcək və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq.

Qeyd edək ki, matç Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

***

Çempionlar Liqasında yeganə təmsilçimiz olan “Qarabağ” bu gün ilk sınağına çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq və ilk matçında səfərdə Sloveniya təmsilçisi “Olimpiya”nın qonağı olacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lourense Visser (Belçika)

Lyublyana. “Stojitse” stadionu

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm