"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - - YENİLƏNDİ

Matçın 54-cü dəqiqəsində "Qarabağ" ümidlənir. Komandamız Miçelin qolu ilə hesabda tarazlıq yaradır: 1-1. Matç bu hesabla başa çatır. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırır. Komandamız Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

***

Matçın 20-ci dəqiqəsində hesab açıldı. Ev sahiblərinin heyətində Mirko İvaniç fərqlənir: 1-0

***

BATE - "Qarabağ" matçı başladı.

Matçı buradan canlı yayımla izləyə bilərsiniz.

***

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaq:

BATE: 48. Denis Şerbiçki, 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Ciqneviç, 17. Aleksey Rios, 21. Eqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye,

***

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.

"Borisov Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm