UEFA Super Kuboku tarixində İLK- Eyni şəhərin komandaları bu gün üz-üzə gələcək
Bizi izləyin

İdman

UEFA Super Kuboku tarixində İLK- Eyni şəhərin komandaları bu gün üz-üzə gələcək

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, kubok uğrunda 2017-2018 mövsümündə və ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi "Real Madrid" Avropa Liqasının qalibi "Atletiko" yarışacaq.

İspaniya təmsilçilərinin həlledici görüşü Estoniyanın paytaxtı Tallindəki “Lilleküla” stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.

"Real Madrid" UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.

1973-cü ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb.

UEFA Super Kuboku

15 avqust

23:00 "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa) Ovidiu Hateqan (Rumıniya)

Estoniya. Tallin Lilleküla stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm