İdman
"Ana, arvad söyüşü söyülən bir mühit istəmirik”
Türkiyə Beko basketbol liqasının final seriyasında növbəti görüş keçirilib.
"Qalatasaray Liv Hospital" ev sahibi amilindən istifadə edərək, əzəli rəqibi "Fənərbaxça Ülker"i məğlub edib(85-77).
Publika.az xəbər verir ki, final seriyasında hesab bərabərləşib: 3-3. Tərəflər arasında keçiriləcək həlledici, 7-ci oyundan qalib ayrılan komanda Beko basketbol liqasının 2013/2014 mövsümü üzrə çempionu adını qazanacaq. Matçdan sonra "Qalatasaray Liv Hospital"ın baş məşqçisi Ergin Ataman maraqlı açıqlamalar verib. O, güvənli olmadıqlarını dilə gətirib:
“İlk və son dövrələrdə çox yaxşı oynadıq. Xüsusilə son dövrədə komandanın qazanma istəyi, arzusu, müdafiədəki coşqu, hücumdaki ağıllı oyun bizə matçı qazandırdı. Komandamızı təbrik edirəm.
Çox danışmaq istəmirəm. Yorğunam. Üç həftədir üzərimə gəlirlər. Bundan sonra klub idarəçilərimiz vəziyyəti izləyəcəklər.
Oyunçularla birlikdə əlimizdən gələni edirik. Məni burda çox incitdilər. Təhdidlər alırıq. Arenada təhlükəsizliyim qorununmur. Təhlükəsizliyim təmin olunmayan bir yerdə işimi belə görmək istəmirəm. Komandam da mənimlə eyni fikirdədir. Biz basketbol oynamaq istəyirik. Meydan içində bizə ana, arvad söyüşü söyülən bir mühit istəmirik”.
Aygün İlqarqızı
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO