""Qarabağ"ın rəqibi..." - "Neftçi"nin baş məşqçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA
Bizi izləyin

İdman

""Qarabağ"ın rəqibi..." - "Neftçi"nin baş məşqçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA

"Çox yaxşı oyun alındı. Üçüncü qolu da vura bilərdik. Lakin sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var”.

Bu sözləri “Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının II turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

- Müdafiə xəttindəki boşluqları necə aradan qaldırmağı düşünürsünüz?

- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu, o demək deyil ki, yeni futbolçu almalıyıq.

- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya necə təsir edə bilər?

- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. "Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək. Matç təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.

- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?

- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.

- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?

- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdür, "Şerif”də işləmişəm və uğurlar qazanmışam. Həmişə o komandanın uğur əldə etməsini istəyəcəyəm.

- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?

- Bugünkü oyundan razıyam, sona qədər mübarizə apardıq. Kollektivimizi daha da təkmilləşdirməyə, komandamızın daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik.

- Mirabdulla Abbasova tez-tez etiraz edirdiz. Ümumiyyətlə, bu futbolçu haqqında fikirləriniz nələrdi?

- Bizdə heç bir futbolçuyla heç bir problem yoxdur, hər şey qaydasındadır (Qol.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm