"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı - NƏTİCƏLƏR
Bizi izləyin

İdman

"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı - NƏTİCƏLƏR

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, artıq 6 qrupda 12 görüş keçirilib. Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:0. Hər 3 qol fasilədən sonra vurulub. "Akhisarspor" isə evdə Rusiya "Krasnodar"ına yenilib - 0:1.

Qazaxıstan "Astana"sı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"ya məğlubiyyətdən son anda qurtulmağı bacarıb - 2:2. Bu görüşdə "Astana"nın heyətində Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 80-ci dəqiqəyədək meydanda olub.

Azərbaycanlı Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası isə İtaliyada "Latsio" və Kipr "Apollon"u arasında keçirilmiş qarşılaşmanı idarə edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə Luis Alberto açıb. 84-cü dəqiqədə Çiro İmmobile penaltidən fərqi artırıb. 88-ci dəqiqədə isə Emilio Zelaya təslli qolunu vurub. Ağayev meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərib.

Avropa Liqası. Qrup mərhələsi, I tur

20 senytabr

G qrupu

20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

20:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 2:2

H qrupu

20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr) - 2:1

20:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) - 1:2

I qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) - 3:1

20:55. "Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:0

J qrupu

20:55. "Akhisarspor" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 0:1

20:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) - 5:1

K qrupu

20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) - 2:2

20:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya) - 2:1

L qrupu

20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) - 0:1

20:55. "Videoton" (Macarıstan) - BATE (Belarus) - 0:2

Qeyd edək ki, qalan 6 qrupda 12 görüş saat 23:00-da start götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm