İdman
Millimizin baş məşqçisinə ŞOK RÜŞVƏT İTTİHAMI - BƏYANAT
Azərbaycan Güləş Federasiyası (AGF) Elçin Mürşüdov adlı şəxsin yığmanın baş məşqçisi Firdovsi Umudovla bağlı sosial şəbəkələrdə yayılan çıxışı ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, AGF-nin bəyanatında
adıçəkilən şəxsin baş məşqi barədə dediklərinin yalan olduğu
vurğulanıb.
Məlumat üçün bildirək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən
şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə
ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib.
Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst
güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və
bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.
Federasiyanın bəyanatına görə, əslində iki dəqiqəlik müsahibədə o
qədər bir-birinə zidd, məntiqsiz fikirlər səsləndirib ki, onun
iddialarının əsassız olduğunu buradan da anlamaq olardı. Ən azı
jurnalistika peşəkarlığına uyğun addım atılmalı və qarşı tərəfin -
AGF-nin və ya Firdovsi Umudovun fikirlərini öyrənməliydilər. Bu
zaman həqiqət ortaya çıxacaqdı.
AGF bəyan edir ki, belə bir şəxs sərbəst güləşdə ölkə çempionu
olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul
olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir.
Sərbəst güləşdə böyük və baş məşqçi kimi böyük uğurlar qazanmış
Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə
milliyə cəlb edə bilər? İstər qaydasız döyüş yığması olsun, istərsə
də güləş. Yığmanın çalışdırıcısı üzünü belə görmədiyi şəxsdən 4500
rüşvət istəməkdə ittiham olunur.
Bu şəxsin yalançı (bəlkə də ondan belə danışmaq tələb olunub)
olduğunu anlamaq üçün son cümlələrindən birinə diqqət yetirin:
"2-3-cü yerlər uğrunda döyüşdə azərbaycanlı idmançını döyüb 2-ci
yerə çıxdım".
Özünü dünya 2-cisi adlandıran bu şəxs bilməlidir ki, əksər fərdi
idman növlərində çempionluq və 3-cü yer uğrunda görüş keçirilir.
İkinci yeri yalnız finalda uduzmaqla tutmaq mümkündür.
"Son vaxtlar AGF və xüsusən Firdovsi Umudov bəzi mətbu orqanlar
tərəfindən əsassız ittihamlara məruz qalır. KİV-dən xahiş edirik
ki, hər hansı şübhəli məsələ haqqında mövqeyimizi də öyrənin", -
deyə bəyanatda qeyd olunub.
-
Region10:22Azərbaycan ərazisindən Ermənistana gübrə göndəriləcək
-
MDB10:11Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
-
Avropa09:17Uşaq qidasına siçan zəhərini o qatıbmış - Video
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi









.jpg)














.png)

.jpg)






