İdman
40-ı haqlayan tanınmış: “Yaxın günlərdə sevindirərəm sizi”
Bu gün tanınmış jurnalist Elnur Əşrəfoğlunun ad günüdür.
İdman jurnalistkasında yetərincə tanınan E.Əşrəfoğlunun 40 yaşı tamam olur. O, 40 yaşın təəssüratlarını Publika.az-la bölüşdü:
“Adam özünü 40 yaşda necə hiss edər?! Təbii ki, əla. Yəqin ki, bilirsiniz, Üzeyir Hacıbəyov “O olmasın, bu olsun”u yaradanda Məşədi İbada 50 yaş verir. Sonra Hacıbəyovun özü gəlib 50 yaşa çatanda demişdi: “Vay, vay, vay. Mən bu kişini qoca hesab eləmişəm ki, 50 yaş nədir ki. Cavan yaşdır”.
İndi 50-nin yanında 40 nədir ki? (gülür) Hələ də gəncik. Özümüzü gümrah hiss edirik. Hələ qarşıda çox olimpiadalar, dünya çempionatları var, biz də çox işlər görəcəyik.
İş barəsində elə sizin saytınızda (http://publika.az/p/17479 ) məlumat verilmişdi. Əlbəttə, bir neçə yerdən təklif var. Onlardan birini dəyərləndirəcəyik. Yəqin ki, yaxın 1-2 ay ərzində bu məsələ həll olunacaq. Hara getsək də, dünyanın o başına çıxsaq da, yenə jurnalistika ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Ancaq ola bilər ki, başqa sahədə - idarəetmə sahəsində olduq. Bu o demək deyil ki, jurnalistikanı unudacağıq. Yenə də biz yazılarımızı yazıb, öz qeydlərimizi bildirəcəyik”.
Daha sonra Elnur Əşrəfoğlu “Neftçi”yə vitse-prezident gedəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi:
“Dədəd Qorqud” filmində Beyrəyin dediyi kimi: “Yaxın günlərdə sevindirərəm sizi”(gülür).
Aygün İlqarqızı
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi