Reynaldo “Qarabağ”a QAYITDI - FOTO
Bizi izləyin

İdman

Reynaldo “Qarabağ”a QAYITDI - FOTO

“Qarabağ”ın keçmiş hücumçusu, hazırda Qazaxıstanın "Aktobe" klubunda çıxış edən Reynaldo Azərbaycana gəlib.

Publika.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fürsətdən istifadə edən braziliyalı hücumçu Bakıya səyahət edib. Komandası ilə müqaviləsi mövsümün sonunda başa catacaq “sambaçı”nın ölkəmizdə hansısa klubla transfer danışıqları aparacağı da istisna deyil.

Braziliyalı futbolçu bu gün keçmiş klubu “Qarabağ”ın düşərgəsinə baş çəkib.

Reynaldo 2013-17-ci illərdə "Qarabağ"da çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm