Millətlər Liqası: Portuqaliya növbəti mərhələdə, Türkiyə isə...
Bizi izləyin

İdman

Millətlər Liqası: Portuqaliya növbəti mərhələdə, Türkiyə isə...

Futbol üzrə UEFA Millətlər Liqasında V turun son qarşılaşmaları keçirilib.

Publika.az xəbər verir ki, turun üçüncü oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub.

D Liqasında Azərbaycanla birgə 3-cü qrupda yer alan Kosovo səfərdə Maltanı 5:0 hesabı ilə darmadağın edərək, liderliyini davam etdirib. Azərbaycan yalnız Kosovonu son turda yenəcəyi təqdirdə, qrup qalibi olacaq.

A Liqasında İtaliya doğma azarkeşlər önündə Portuqaliya ilə üz-üzə gəlib. Kriştianu Ronaldunun oynamadığı görüşdə qonaqlar heç-heçəyə nail olaraq, 3-cü qrupu qalib kimi başa vurublar. Polşa Portuqaliya ilə keçirəcəyi son oyunun nəticəsindən asılı olmayaraq, qrupda axırıncı yeri tutaraq, B Liqasına enib.

B Liqasında Türkiyə yığması evdə İsveçlə üz-üzə gəlib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "ay-ulduzlular" 2-ci qrupda sonuncu yeri tutaraq, C Liqasına enib. Qrup qalibi adı uğrunda isə son turda İsveçlə Rusiya mübarizə aparacaq.

C Liqasında Albaniya evdə Şotlandiyaya 0:4 hesabı ilə uduzaraq, 1-ci qrupu son pillədə başa vurub və D Liqasına enib. Son turda qrup qalibi adı uğrunda görüş Şotlandiya ilə İsrail arasında olacaq.

4-cü qrupda isə Serbiya Monteneqroya minimal fərqlə, Rumıniya Litvaya böyük hesabla qalib gəlib. Bu nəticələrdən sonra qrup qalibinin taleyi son tura qalıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna, Bosniya və Herseqovina, Danimarka B Liqasında, Finlandiya C Liqasında, Gürcüstan isə D Liqasında qrup qalibi olaraq, üst liqaya yüksəlib.

UEFA Millətlər Liqası, V tur, A Liqası

3-cü qrup

23:45. İtaliya – Portuqaliya - 0:0

Xal durumu: Portuqaliya – 7 xal (3 oyuna), İtaliya – 5 (4), Polşa – 1 (3)

B Liqası

2-ci qrup

21:00. Türkiyə - İsveç - 0:1

Qol: Andreas Qrankvist, 71 (pen.)

Xal durumu: Rusiya – 7 xal (3 oyuna), İsveç - 4 (3), Türkiyə - 3 (4)

C Liqası, 1-ci qrup

23:45. Albaniya – Şotlandiya - 0:4

Qollar: Rayan Freyzer, 14. Stiven Fletçer, 45+2 (pen.). Ceyms Forrest, 55; 67

Xal durumu: İsrail – 6 xal (3), Şotlandiya – 6 (3), Albaniya – 3 (4)

4-cü qrup

18:00. Serbiya - Monteneqro - 2:1

Qollar: Adem Lyayiç, 30. Aleksandar Mitroviç, 32 - Stefan Muqoşa, 70

23:45. Rumıniya – Litva - 3:0

Qollar: George Puşkaş, 7. Klaudiu Keşerü, 47. Nikolae Stançu, 65

Xal durumu: Serbiya – 11 xal (5 oyuna), Rumıniya – 9 (5), Monteneqro – 7 (5), Litva – 0 (5)

D Liqası

3-cü qrup

21:00. Azərbaycan – Farer adaları - 2:0

Qollar: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28

21:00. Malta – Kosovo - 0:5

Qollar: Vedat Muriqi, 15. Benjamin Kololli, 70. Donis Avdiyay, 78; 80. Milot Raşitsa, 86

Xal durumu: Kosovo – 11 xal (5 oyuna), Azərbaycan – 9 (5), Farer adaları – 4 (5), Malta – 2 (5).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm