İdman
"Qarabağ" antirekordunu təkrarladı
Avroliqanın 5-ci turunda "Sportinq"ə 1:6 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri indiyədək heç vaxt öz meydanında 4-dən artıq top fərqi ilə məğlub olmamışdı.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi həm də evdə indiyədək 4-dən çox qol da buraxmamışdı. Bunadək “Qarabağ”ın ən ağır ev məğlubiyyəti 1998/99 mövsümündə “Kopenhagen” (Danimarka) və 2017/18 mövsümündə “Çelsi” (İngiltərə) ilə matça təsadüf etmişdi. Hər iki oyunda qonaqlar 4 cavabsız qolla qalib gəlmişdi.
Qeyd edək ki, 6 qolun buraxılması ümumiyyətlə “Qarabağ”ın avrokuboklarda çıxışları tarixinin antirekordunun təkrarıdır. İndiyədək təmsilçimiz yalnız səfərdə 6 top buraxmışdı. Bunlar 1998/99 mövsümündə “Monpelye” (Fransa), 1 il sonra “Kopenhagen” (Danimarka) və ötənilki “Çelsi” (İngiltərə) ilə oyunlarda yaşanan 0:6 hesablı məğlubiyyətlər idi. Bu üç matç əyalət təmsilçisinin ən ağır avrokubok yenilgiləridir.
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Nida Xəbər 18:48Abbas Əraqçi Bakıya gəlir
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu






























.jpg)




