Bu gün "Qızıl top"un SAHİBİ BƏLLİ OLACAQ - Bütün diqqətlər Fransada
Bizi izləyin

İdman

Bu gün "Qızıl top"un SAHİBİ BƏLLİ OLACAQ - Bütün diqqətlər Fransada

Bu gün "France Football" jurnalı tərəfindən hər il dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Bakı vaxtilə 00:00-da başalanacaq təqdimat mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.

Bu il "Qızıl top"a 30 futbolçu namizəd göstərilib. Onlardan 4-ü qapıçı, 4-ü müdafiəçi, 7-si yarımmüdafiəçi, 15-i isə hücumçudur. Əsas namizəd Xorvatiya millisinin və "Real Madrid"in futbolçusu Luka Modriçdir. O, millinin tərkibində 2018-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı və “Real”ın heyətində Çempionlar Liqasının qalibi olub.

NAMİZƏDLƏR

Qapıçılar: Alison Bekker ("Liverpul" İngiltərə, Braziliya), Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Uqo Lyoris ("Tottenhem" İngiltərə, Fransa), Yan Oblak ("Atletiko" İspaniya, Sloveniya)

Müdafiəçilər: Diyeqo Qodin ("Atletiko" İspaniya, Uruqvay), Marselo ("Real Madrid" İspaniya, Braziliya), Serxio Ramos ("Real Madrid", İspaniya), Rafael Varan ("Real Madrid" İspaniya, Fransa)

Yarımmüdafiəçilər: Kevin de Brüyne ("Mançester Siti" İngiltərə, Belçika), İsko ("Real Madrid", İspaniya), NQolo Kante ("Çelsi" İngiltərə, Fransa), Luka Modriç ("Real Madrid" İspaniya, Xorvatiya), Pol Poqba ("Mançester Yunayted" İngiltərə, Fransa), İvan Rakitiç ("Barselona" İspaniya, Xorvatiya), Məhəmməd Salah ("Liverpul" İngiltərə, Misir)

Hücumçular: Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Edinson Kavani (PSJ Fransa, Uruqvay), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya), Antuan Qrizmann ("Atletiko" İspaniya, Fransa), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə), Mario Mancukiç ("Yuventus" İtaliya, Xorvatiya), Sadio Mane ("Liverpul" İngiltərə, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona" İspaniya, Argentina), Neymar (PSJ Fransa, Braziliya), Luis Suares ("Barselona" İspaniya, Uruqvay).

Tədbirdə həmçinin ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatının sahibi və ilin ən yaxşı gənc futbolçusu müəyyənləşəcək.

Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Mükafatın hazırkı sahibi yayda İspaniya "Real Madrid"indən İtaliyanın "Yuventus" klubuna keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldudur. Ən çox qazanan oyunçular siyahısında da Ronaldu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi ilə birlikdə zirvədə qərarlaşıb. Onlar hərəyə 5 dəfə bu mükafata sahib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm