UEFA Ermənistanı CƏRİMƏLƏDİ
Bizi izləyin

İdman

UEFA Ermənistanı CƏRİMƏLƏDİ

UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.

Publika.az qurumun saytına istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm