"Mançester Siti" Liverpul"a qalib gəldi
Bizi izləyin

İdman

"Mançester Siti" Liverpul"a qalib gəldi

İngiltərə Premyer Liqasının 21-ci turunun sonuncu qarşılaşması çərçivəsində "Mançester Siti" komandası "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı 45-ci dəqiqədə Serxio Aquero açıb. Oyunun 64-cü dəqiqəsində hesab bərabərləşib - Roberto Firmino fərqlənib.

Nəhayət matçın 72-ci dəqiqəsində Leroy Sane komandasının ikinci qolunu vuraraq ona 3 xal qazandırır.

21 oyundan sonra "Liverpul" 54 xalla birinci, "Mançester Siti" isə 50 xalla ikincidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm