MY və "Çelsi" kubokda yoluna davam edir
Bizi izləyin

İdman

MY və "Çelsi" kubokda yoluna davam edir

"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində "Redinq"lə keçirilən ev oyununda qələbə qazanıb.

Publika.az xəbər verir ki, Mançesterin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

"Qırmızı şeytanlar"ın qələbə qollarını Xuan Mata və Romelu Lukaku vurub.

"MY" bu qələbə sayəsində turnirin 1/16 finalına çıxıb, "Redinq" isə yarışı tərk edib.

Paralel keçən qarşılaşmada "Çelsi" "Nottingem Forest"i məğlub edib və turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Londonun "Stemford Bric" stadionunda keçən görüş 2:0 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb. Alvaro Morato dubl edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm