Qurbanov Türkiyə mediasına DANIŞDI: "Beşiktaş..."
Bizi izləyin

İdman

Qurbanov Türkiyə mediasına DANIŞDI: "Beşiktaş..."

Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mediasına danışıb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımızın yox dərəcəsində olduğunu açıqlayıb.

O, "Haber Global" telekanalına müsahibəsində azərbaycanlı futbolçuların daha üstün səviyyədə olan Türkiyə Super Liqasında çıxış etmələrini çox istədiyini bildirib.

47 yaşlı mütəxəssis Superliqanı izlədiyini və "Beşiktaş"a azarkeşlik etdiyini də açıqlayıb: "Çox oyuna baxıram. Təbii ki, ilk növbədə, Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, "ay-ulduzlular"ın bütün oyunlarına baxıram. Bunu deməliyəm: Daha çox "Beşiktaş"a azarkeşlik edirəm. Lakin avrokubok oyunlarında hər birini öz komandamız kimi dəstəkləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm