Azərbaycan derbisində 2 qol, 2 "qırmızı" - - VİDEO
Bizi izləyin

İdman

Azərbaycan derbisində 2 qol, 2 "qırmızı" - - VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Publika.az xəbər verir ki, həftənin son oyununda lider "Neftçi" "Qarabağ"ın qonağı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun ilk dəqiqələrindən meydan sahibləri oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı açıb - 1:0. Birinci hissənin 30-cu dəqiqəsində M.Mbodj hesabı bərabərləşdirməyə nail olub - 1:1.

Qarşılaşmanın 70-ci dəqiqəsində "Neftçi" azlıqda qalıb. Anton Krivotsyuk ikinci sarı vərəqə ilə meydandan qovulub. 90+2-ci dəqiqədə isə Ağdam komandasının heyətində Qara Qarayev ikinci "sarı"dan sonra qırmızı vərəqə görüb.

Beləliklə, Azərbaycan derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu bərabərlikdən sonra lider "Neftçi" xallarını 34-ə çatdırıb. İkinci sıradakı "Qarabağ"ın 31 xalı var.

Qeyd edək ki, ilk oyun günü meydan sahiblərinin məğlubiyyəti ilə əlamətdar olub. "Keşlə" "Səbail"ə üç, "Zirə" isə "Sabah"a iki cavabsız qolla uduzub. Bu gün baş tutan digər qarşılaşmada "Qəbələ" evdə "Sumqayıt"ı tək qolla üstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm