İstanbul derbisində 6 qol - VİDEO
Bizi izləyin

İdman

İstanbul derbisində 6 qol - VİDEO

Türkiyə Superliqasının XXIII turuna İstanbul derbisi ilə yekun vurulub. “Beşiktaş” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, “Vodafon Park” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində və məhsuldar keçib. Qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bərabərlik nəticəsində “Fənərbaxça” turnir cədvəlində xallarının sayını 25-ə çatdıraraq 14-cü pilləyə yüksəlib.

“Beşiktaş” isə 3 xalı qazana bilmədiyi üçün turnir cədvəlində 40 xalla 3-cü yerdədir.

XXIII turun yekun nəticələrinə görə “Başakşəhər” 51-xalla birinci, “Qalatasaray” isə 45 xalla ikincidir.

Türkiyə Super Liqası, 23-cü tur

25 fevral

Beşiktaş – Fənərbaxça 3:3
Qol: G.Gönül, 10. B.Yılmaz, 18-pen; 45 – M.Zayç, 55. S.Çiftpınar, 62. H.A.Kaldırım, 67.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm