İdman
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin qalibi: Buna görə çox xoşbəxtəm
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk üç yeri tutan pilotlar yarışdan sonra fikirlərini bölüşüblər.
Publika.az “Report”a istinadən xəbər verir ki, birinci yeri tutan Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas mübarizənin ağır keçdiyini söyləyib:
“Bəlkə də, çox hadisə baş vermədi. Amma Lüis davamlı şəkildə mənə təzyiq göstərirdi. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox xoşbəxtəm”.
İkinci sırada finiş edən Lüis Hemilton öz növbəsində komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu kollektivin bir hissəsi olmaqdan məmnunam”.
İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə yarışı üçüncü pillədə başa vurmağın və komanda yoldaşı Şarl Leklerin dövrəni ən tez tamamlamasının önəmli olduğunu deyib.
Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində də “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı