İdman
Azərbaycanlı cüdoçulardan “Böyük dəbilqə”də FANTASTİK UĞUR
Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində idmançıların yerinə yetirdikləri ən yaxşı ipponları təqdim edib.
Publika.az xəbər verir ki, ilk beşlikdə Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndləri yer alıb.
Belə ki, Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı işlətdiyi fənd birinci olub. Telman Vəliyevin (73 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd isə dördüncü yerə layiq görülüb.
Qeyd edək ki, N.Şıxəlizadə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş, T.Vəliyev isə bürünc medal qazanıb. Yarışda Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olublar.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər