AFFA rəsmisi Beynəlxalq Əfv Təşkilatını yerində oturtdu: "Bundan sonra..."
Bizi izləyin

İdman

AFFA rəsmisi Beynəlxalq Əfv Təşkilatını yerində oturtdu: "Bundan sonra..."

Beynəlxalq Əfv Təşkilatı (Amnisty İnternational Organization) UEFA Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Bu təşkilat korrupsiyada adı hallanan, sifarişlə iş görən qurum imici qazanıb. Bununla yanaşı, ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Ona görə də belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq, demokratiyadan danışmağa haqqı olmamalıdır.

Tanınmış futbol mütəxəssisi, AFFA İcraiyyə Komitəsinin üzvü, Futbol üzrə Milli Komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirdi ki, son zamanlar futbolu siyasətə qarışdırmaqla öz maraqlarını təmin etmək kimi hallarla tez-tez qarşılaşırıq:

“Nə zaman ki, bizim ölkəmiz inkişaf edir, tərəqqi və yüksək təhlükəsizliyə nail olur, o zaman ona qarşı Beynəlxalq Əfv Təşkilatı kimi qurumlar özünü ən pis tərəfdən göstərməyə başlayırlar. Bu, çoxdan bəllidir ki, Azərbaycan Avropanın ən strateji bölgələrindən birinə çevrilib. Bu gün təkcə futbol yox, idmanın digər sahələri üzrə ən mötəbər yarışların Azərbaycanda təşkil olunması ilə sübut etmişik ki, biz ildən-ilə inkişaf edirik, təkmilləşdirik. Azərbaycan göstərir ki, sabitliyin, əmin-amanlığın olduğu yerdə hər bir yarışın, forumun rahatlıqla keçirilməsi mümkündür. Biz də bunu ən yüksək səviyyədə təşkil edən ölkələrdən biriyik. Bu işə kölgə salanların sayı hər zaman çoxluq təşkil edir. Lakin biz bunu başa düşürük. Tutduğumuz yolu davam etdirməklə bu iddiaların əsassız olduğunu sübut edirik. Bundan sonra ən mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə belə qurumlara lazımi səviyyədə cavab verəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm