Millət vəkilindən UEFA-nın qərarını pisləyənlərə SƏRT İSMARIŞ: "Belə təşkilatlar o halda hörmətli olardı ki..."
Bizi izləyin

İdman

Millət vəkilindən UEFA-nın qərarını pisləyənlərə SƏRT İSMARIŞ: "Belə təşkilatlar o halda hörmətli olardı ki..."

“Bu ittihamların heç bir məntiqi əsası yoxdur. Kimlərinsə maraqlarının ifadəsidir”.

Bu sözləri Publika.az-a Milli Məclisin Regional məsələlər, həmçinin Gənclər və idman komitəsinin üzvü Azər Badamov Beynəlxalq Əfv Təşkilatının (Amnisty İnternational Organization) UEFA Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləməsini şərh edərkən deyib.

Deputat bildirib ki, Əgər Azərbaycana qarşı qərəzli münasibət göstərən, bizi ittihama çəkən təşkilatlar əldə olunan bu yüksək nailiyyətləri layiqincə dəyərləndirsəydi, onlarla bağlı bircə müsbət fikir bildirsəydi, daha hörmətli olardılar:

“Son zamanlar daha çox aktivləşən belə ittihamlara artıq öyrəşmişik. Bütün beynəlxalq tədbirlər, yarışlar ərəfəsində Azərbaycana qarşı belə qarayaxma kampaniyası fəaliyyət keçir. Artıq adi hal alıb. Çünki Azərbaycan bu gün coğrafi baxımdan kiçik əraziyə malik olmasına baxmayaraq, böyük iqtisadiyyata malik, inkişaf edən ölkədir. Sözün əsl mənasında, müstəqil bir ölkədir, beynəlxalq aləmdə söz sahibidir. Bəzi dairələr öyrəşiblər ki, Azərbaycan kimi kiçik ölkələr hansısa böyük dövlətlərin himayəsində olsun və onların maraqlarını müdafiə etsin. Amma Azərbaycan bundan fərqli olaraq müstəqil daxili və xarici siyasətə malikdir. Güclənir, inkişaf edir və kiçik olmasına baxmayaraq, böyük yarışlara, tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan I Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” və bu kimi nüfuzlu beynəlxalq platformaları yüksək təhlükəsizliyin təmin olunmasını, baxımlılığı tələb edir ki, Azərbaycan bu işin öhdəsindən gəlir. Bu da müəyyən dairələri narahat edir. Biz Azərbaycan xalqı olaraq belə ittihamlar qarşısında dözüm nümayiş etdiririk. Bununla da daha mübariz oluruq. Öz inkişaf yolumuzu davam etdiririk. Ən əsası isə odur ki, bu yarışlardan sonra iştirakçı ölkələrin təəssüratları səsləndirilən iddiaların tamamilə əksini ifadə edir. Həm idmançılar, həm azarkeşlər, həm də turistlər ölkəmizlə bağlı böyük məmnunluq hissilə danışırlar.

Azərbaycan iqtisadiyyatı inkişaf edən iqtisadiyyatdır. Azərbaycan dövləti çalışır ki, iqtisadiyyatın şəffaflığı gün-gündən artırılsın. Bu istiqamətdə bir çox islahatlar aparılır. Yeni xidmət sahələri istifadəyə verilir, elektronlaşma işləri aparılır, müasir texnologiyalar tətbiq olunur. Bütün bunlar təqdirəlayiq haldır”.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı (Amnisty İnternational Organization) Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm