İdman
UEFA Bakı Olimpiya Stadionunu mükafatlandırdı - FOTO
2015-ci ildən fəaliyyətə başlayan və hər il ən azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu (BOS) UEFA tərəfindən mükafatlandırılıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, BOS aralarında “Allianz Arena” “Aviva Stadium” “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur arenaların da olduğu UEFA-nın Elit Stadionları siyahısına daxil edilıb.
Qeyd edək ki, qitənin ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Azərbaycanın ən böyük stadionunda baş tutub. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı mötəbər idman tədbirlərinə daim hazır olduğunu bir daha sübut edib. Gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək Avropa çempionatının əsas stadionlarından biri olacaq.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi