İdman
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında finala yüksəlib.
Publika.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Türkiyə, İran, Yaponiya və Gürcüstan təmsilçilərini məğlub edib. Hacıyev finalda rusiyalı Batırbek Tsxovrebovlə üz-üzə gələcək.
48 kq-da yarışan Cavid Cavadov 1/4 finalda məğlub olub və rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərə qatılacaq. Bu gün mübarizəyə qoşulan Zirəddin Bayramov (55 kq), Fərid Cabbarov (80 kq) və Hamlet Nəsibli (110 kq) mübarizəni başa vurublar.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək. Cəbrayıl Hacıyev Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Festivalının da (EYOF) qalibi olub. Güləşçi finalda məhz Rusiya təmsilçisi Batırbek Tsxovrebova qalib gəlib.
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb