"Real" Neymar üçün mübarizəyə qoşuldu
Bizi izləyin

İdman

"Real" Neymar üçün mübarizəyə qoşuldu

Madrid "Real”ı Fransanın PSJ klubu və Braziliya yığmasının futbolçusu Neymar üçün mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, bu haqda “Sky Sport Italia” nəşri bildirib.

Madrid klubu PSJ-yə mübadiləni təklif etməyə hazırdır. Xüsusi halda, bu məqsədlə xorvat yarımmüdafiəçisi Luka Modriç komandadan ayrıla bilər. Sazişə “Real”ın başqa oyunçuları da daxil edilə bilər.

İyulun 23-də bildirilirdi ki, 27 yaşlı hücumçunun xidmətində Turinin “Yuventus” klubu maraqlıdır. İtalyan klubu da həmçinin, əsas heyətin bir sıra oyunçularını təklif etməyə hazırdır.

KİV-in xəbərlərinə görə, Neymar “Barselona”ya qayıtmaq istəyir. Ancaq mümkün transfer fransız klubunun yüksək maliyyə tələbləri ilə çətinləşib.

Mayın sonunda bildirilirdi ki, “Real” Neymara bir il üçün 70 milyon avro (gündə 191,8 min avro) təklif etməyə hazırdır. Eyni zamanda, PSJ bəyan etmişdi ki, sərfəli təklif alacağı halda, braziliyalını satmağa hazırdır.

Qeyd edək ki, Neymar 2017-ci il ildə rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm