“Dəniz kuboku - 2019”: voleybolçularımız bu ölkələri qabaqladı - FOTO
Bizi izləyin

İdman

“Dəniz kuboku - 2019”: voleybolçularımız bu ölkələri qabaqladı - FOTO

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm