Azərbaycan millisinin üzvü Çexiya liqasında fərqləndi
Bizi izləyin

İdman

Azərbaycan millisinin üzvü Çexiya liqasında fərqləndi

Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Fərid Nəbiyev Çexiya liqasında növbəti qolunu vurub.

Publika.az xəbər verir ki, iyirmi yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının ikinci turunda “Vltavin” klubunu qəbul edib.

Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, komandasının dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub. Bu qələbədən sonra xallarının sayını altıya çatdıran “Slaviya B” hazırda turnir cədvəlində liderdir.

Xatırladaq ki, ötən mövsüm Azərbaycanın U-21 yığmasının oyunçusu “Slaviya”nın heyətində vurduğu qollar sahəsində bu ölkənin çempionatının ən məhsuldar futbolçularından biri olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm