"Qarabağ" İspaniya nəhəngini Bakıya gətirəcək - Bütün rəqiblərimiz MÜƏYYƏNLƏŞDİ
Bizi izləyin

İdman

"Qarabağ" İspaniya nəhəngini Bakıya gətirəcək - Bütün rəqiblərimiz MÜƏYYƏNLƏŞDİ

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, Monakoda keçirilən tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Püşkün nəticəsinə əsasən "A" qrupunda yer alacaq Ağdam klubunun rəqibləri "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"dır (Lüksemburq).

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm