Bu gün "Qəbələ"nin rəqibləri müəyyənləşəcək
Bizi izləyin

İdman

Bu gün "Qəbələ"nin rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da start götürəcək mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək.

Əsasnaməyə uyğun olaraq, yarışa UEFA-nın reytinqində ilk 32 pillədə qərarlaşan milli assosiasiyaların təşkil etdikləri Gənclər Liqasının qalibləri qatılır. Lakin Lixtenşteyndə analoji yarış keçirilmədiyi üçün vakant yer 33-cü sıradakı Moldovaya verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm