Azərbaycan idmançısı Dünya Seriyasının qalibi oldu
Bizi izləyin

İdman

Azərbaycan idmançısı Dünya Seriyasının qalibi oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, yarışın birinci günündə qrup mərhələsinin görüşləri təşkil olunub. Güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) Serbiya təmsilçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

İkinci yarış günündə - sentyabrın 8-də həlledici mərhələnin qarşılaşmaları keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm