Şahmatçımız erməni rəqibini məğlub etdi
Bizi izləyin

İdman

Şahmatçımız erməni rəqibini məğlub etdi

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları başa çatıb.

Publika.az xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edərək aktivinə daha bir xal yazdırıb. Komandamızın digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar.

Yarış oktyabrın 21-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm