Güləşçilərimiz dünya çempionatını beş medalla başa vurdular
Bizi izləyin

İdman

Güləşçilərimiz dünya çempionatını beş medalla başa vurdular

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında sərbəst güləşçilərin yarışlarına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan millisi çempionatda 5 medal qazanıb. Belə ki, Turan Bayramov (65 kq) bütün rəqiblərinə qalib gəlirək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) isə bürünc medallara sahib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm