• USD 1,7000 0,00% EUR 1,8991 +0,26%
    • GBP 2,2877 +1,78% RUB 0,0271 +0,74%

Azərbaycan yığması Uelsə məğlub oldu - (YENİLƏNDİ)

  • İdman
  • 16 Noyabr 2019 22:53
  • 571 Baxış
Azərbaycan yığması Uelsə məğlub oldu  - (YENİLƏNDİ)

Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində Uels yığmasını qəbul edib

Publika.az xəbər verir ki, qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

***

Azərbaycan - Uels matçında ikinci qol vurulub.

"Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın futbolçusu Harri Uilson 34-cü dəqiqədə fərqi iki topa çatdırıb - 0:2

***

Azərbaycan Uels matçında hesab açılıb.Publika.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın oyunçusu Kiffer Mur 10-cu dəqiqədə fərqlənib

***

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan- Uels oyunu başladı.

***

Azərbaycan - Uels oyunu üçün heyətlər müəyyənləşib.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Azərbaycan: Emil Balayev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Pavel Paşayev, Riçard Almeyda, Qara Qarayev (k), Şəhriyar Rəhimov, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Mehdi Cənnətov, Emin Mahmudov, Vüsal İsgəndərli, Ağabala Ramazanov, Elvin Camalov, Şəhriyar Əliyev, Abbas Hüseynov, Renat Dadaşov, Təmkin Xəlilzadə, Cavid Hüseynov

Uels: Ueyn Hennessi, Ben Deyvis, Kris Mefam, Harri Uilson, Qaret Beyl (k), Kiffer Mur, Konnor Roberts, Ethan Ampadu, Tom Lokyer, Joe Morrell, Daniel Ceyms

Ehtiyat oyunçular: Adam Deyvis, Tom King, Kris Qunter, Ceyms Lavrens, Aşley Villiams, Mettyu Smith, Sam Vokes, Aaron Remzi, Dylan Levitt, Tuler Roberts, Rabbi Marondo, Uill Vaulks

***
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edəcək.

"Bakcell Arena"da baş tutacaq matç saat 21:00-da start götürəcək.

AVRO-2020

Seçmə mərhələ, E qrupu

21:00. Azərbaycan – Uels

Baş hakim: Deniz Aytekin

Yan xətt hakimləri: Eduard Beytinger və Rafael Foltın

Dördüncü hakim: Kristian Dingert (hamısı Almaniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Mark Bos (Niderland)

Bakı, “Bakcell Arena”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR