"Qarabağ"ın futbolçusu zədələndi - Heyətdən çıxarıldı
Bizi izləyin

İdman

"Qarabağ"ın futbolçusu zədələndi - Heyətdən çıxarıldı

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının üzvü Maksim Medvedev zədəli olduğu üçün Avro-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.

Publika.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın “Proyssen” klubunun üzvü Rüfət Dadaşov noyabrın 14-də keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm