“Qalatasaray” məşhur futbolçunu pul ödəmədən heyətinə qatdı
Bizi izləyin

İdman

“Qalatasaray” məşhur futbolçunu pul ödəmədən heyətinə qatdı

Qış fasiləsi transfer dönəmində heyətini gücləndirmək istəyən “Qalatasaray” heyətinə yeni oyunçu cəlb edib.

Publika.az
xəbər verir ki, Türkiyə təmsilçisi Almaniyanın “Leypziq” klubunun uruqvaylı sol cinah müdafiəçisi Marselo Saraqini heyətinə qatıb.

1.72 metr boyu olan 22 yaşlı futbolçu ilə 1.5 illik razılaşma əldə edilib.



“Maliyyə Fair Play” qaydalarına görə, futbolçu satıb gəlir əldə etmədən yeni futbolçu ala bilməyən “Qalatasaray” üçüncü transferini sıfır xərclə reallaşdırıb. “Leypziq” klubu ilə edilən razılaşmanın şərtlərinə görə, türk klubu futbolçunun yalnız ödənişini qarşılayacaq. Hazırkı bazar dəyəri 10 milyon avro olan Saraqiyə yarım mövsüm üçün 800 min avro ödəniləcək.



Qeyd edək ki, bu mövsüm 7 rəsmi matçda iştirak edən futboçu 1 qola imza atıb.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm