Ötən həftə sağalmışdı, yenə zədələndi - "Barselona"ya pis xəbər
Bizi izləyin

İdman

Ötən həftə sağalmışdı, yenə zədələndi - "Barselona"ya pis xəbər

"Barselona"nın futbolçusu Usman Dembele yenə zədələnib.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ötən həftə zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayan fransalı yarımmüdafiəçi belindəki narahatlıq səbəbindən hazırlığı yarımçıq tərk edib.

Qeyd edək ki, U.Dembele ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən Dortmund "Borussiya"sı ilə matçda zədələnmişdi. O, indiyə kimi heç bir matçda iştirak etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm