İdman
Vitse-prezident postuna dəvət alan Elnur Əşrəfoğlu Sloveniyaya getdi – ÖZƏL
Avroliqanın II təsnifat mərhələsində Bakıda “Koper”ə məğlubiyyətdən sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun istefaya getdiyi barədə məlumat vermişdik.
Mətbuatda bu posta “ağ-qaralar”ın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Əşrəfoğlunun təyin olunacağı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Elnur Əşrəfoğlu may ayında Publika.az-a verdiyi müsahibədə “Neftçi”nin prezidenti Sadıq Sadıqov tərəfindən vitse-prezident postuna dəvət olunduğunu bildirmişdi. Əşrəfoğlu qeyd etmişdi ki, Sadıq Sadıqov verdiyi sözə əməl edən şəxsdir və bu təyinatın yaxın vaxtlarda reallaşacağına əmindir.
Tahir Süleymanovun istefasından sonra bu məsələ yenidən gündəmə gəldi. Publika.az bununla bağlı məlumat əldə edib. “Neftçi”dəki mənbənin saytımıza verdiyi məlumata görə, Elnur Əşrəfoğlu “Neftçi” ilə birgə Sloveniyaya yola düşüb. Komanda bu gün səhər “Koper”lə oyuna yollanıb.
“Neftçi”nin prezidenti Sadıq Sadıqov səfərə getməyib. Elnur Əşrəfoğlunun Sloveniyaya gedən heyətdə yer alması onun vitse-prezident postuna təyinatının göstəricisi sayıla bilərmi?
Mənbə bildirir ki, bu məsələyə komanda Sloveniyadan qayıtdıqdan sonra aydınlıq gələcək. Ola bilsin ki, “Neftçi”də bir yox, bir neçə təyinat gerçəkləşsin. “Ağ-qaralar” mərhələni keçə bilməyəcəyi təqdirdə, “Neftçi”də yenə də istefalar ola bilər.
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO
-
Sosial8 Noyabr 20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat8 Noyabr 19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq