İdman
Baş məşqçi bərk qəzəblənib: “Kim istəmir, qapı açıqdır”
“Qaradağ Lökbatan”la keçirilən son yoxlama görüşündə komandasının göstərdiyi oyun “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanunu bərk qəzəbləndirib.
Publika.az-ın əldə etdiyi məlumata görə, komandası 2:1 hesabı ilə qələbə qazansa da, I Divizion təmsilçisinə qarşı ortaya qoyulan oyun rumıniyalı mütəxəssisi qəti razı salmayıb.
Bəzi futbolçuların məsuliyyətsiz, saymazyana və aşağı səviyyəli oyun göstərməsi baş məşqçini kəskin çıxış eləməyə vadar edib. Məhz bu səbəbdən də oyundan sonra futbolçularını bir araya toplayan Muntyanu onları kəskin tənqid edib və yekunda da deyib ki, “kim bu cür oynayacaqsa və yaxud ümumiyyətlə, oynamaq istəmirsə, qapı onun üzünə açıqdır, çıxıb gedə bilər”.
Həqiqətən də, Hollandiyadan təlim-məşq toplanışından qayıdan iddialı bir komandanın I Divizion təmsilçisi önündə çətinlik çəkməsi “İnter”lə vacib matç öncəsi Muntyanunu dilxor etməyə bilməz.
Aygün
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ