Millimiz bu dəfə Serbiyaya UDUZDU - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Millimiz bu dəfə Serbiyaya UDUZDU - (YENİLƏNDİ)

Azərbaycan - Serbiya matçı başa çatıb.

Publika.az xəbər verir ki, Canni de Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçını da məğlubiyyətlə bitirib.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

xxx

21:39

Azərbaycan - Serbiya matçında hesab dəyişdi.

Publika.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə çıxdılar. 81-ci dəqiqədə Aleksandar Mitroviç dubla imza atıb - 1:2.

xxx

21:12

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 2-ci qol vurulub.

Publika.az xəbər verir ki, 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1.

xxx

20:24

Azərbaycan - Serbiya matçında hesab açılıb.

Publika.az xəbər verir ki, 16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç komandasını önə çıxarıb 0-1.

xxx

20:02

Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.

Publika.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

xxx

19:24

DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 21. Coşqun Diniyev, 22. Toral Bayramov

Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Predraq Raykoviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spayiç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel. 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç (k.), 13. Stefan Mitroviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihaylo Ristiç, 21. Filip Curiçiç, 22. Marko Qruyiç

Baş məşqçi: Draqan Stoykoviç

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm