İdman
Dünya Güləş Birliyindən Namiq Əliyevə yeni vəzifə verildi
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyevə ali qurum tərəfindən məsul vəzifə həvalə olunub.
Publika.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi sabah Almaniyanın Dortmund şəhərində start götürəcək gənclərin Avropa çempionatında UWW-nin texniki nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşıdakı bir həftə boyunca yarışa rəhbərlik edəcək Namiq Əliyev bu gün keçirilən iclasda və püşkatma mərasimində iştirak edib.
Tədbirdə pandemiya şəraitində UWW tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirləri, müvafiq qaydalar komandaların məşqçilərinin diqqətinə çatdırılıb. Son aylarda yarışlarda olduğu kimi, bu dəfə də görüş zamanı xalçanın kənarında əyləşəcək məşqçilər və mükafatlandırma mərasimində təltif olunacaq güləşçilər mütləq şəkildə maskadan istifadə etməlidir. Eyni zamanda, qarşılaşmaları idarə edəcək hakimlər də xalçada olarkən xüsusi qoruyucu vasitədən yararlanmalıdır.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO