“Yuventus” Lokatellini transfer etmək istəyir
Bizi izləyin

İdman

“Yuventus” Lokatellini transfer etmək istəyir

İtaliyanın “Yuventus”u “Sassuolo” klubunda çıxış edən Manuel Lokatellini transfer etməkdə israrlıdır.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Turin təmsilçiləri bu həftə “Sassuolo” nümayəndələri ilə görüşmək istəyir və oyunçu üçün xüsusi təklif hazırlayır. Ehtimal edilir ki, görüş 7-9 iyulda olacaq.

“Yuventus”un Lokatelli üçün 30 milyon avro təklif edəcəyi bildirilir. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2026-cı ilə qədər imzalanacaq. Lokatelli yeni klubunda illik 3 milyon avro maaş alacaq.

Qeyd edək ki, Manuel Lokatelli ötən mövsüm “Sassuolo”nın heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə edib, 11 sarı vərəqə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm