İdman
Çempionlar Turu: Məmmədyarov və Rəcəbov yenə uduzdu

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları tay-breykədək uzatmağa çatıb.
Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 3,5:2,5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5
Uesli So (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2,5:1,5
Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) - 1:3
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) - 2,5:3,5
Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 18,5 xal, Levon Aronyan - 12 xal, Hikaru Nakamura - 10 xal, Aniş Giri - 9,5 xal, Teymur Rəcəbov - 9 xal, Maksim Vaşye-Laqrav - 7,5 xal, Vladislav Artemyev - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal, Şəhriyar Məmmədyarov - 2,5 xal.
Sentyabrın 28-də keçiriləcək IV turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.

-
Hadisə12:39
Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu - FOTO
-
Magazin112:04
“Çukur”un aktyoru Şahruddinə səsləndi: “Qabağa qaçma” - VİDEO
-
Magazin111:19
"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"
-
Magazin209:12
Cennifer Lopez çəkiliş meydançasında son anda ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
İdman08:49
Baş məşqçisi Ronaldodan danışdı: "Problem yaradacaq..."
-
Ekologiya07:17
Bu gündən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yaxın Şərq06:46
İsraildə ölüm hökmünün tətbiqi təklif edildi
-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı