İdman
“Qalatasaray” Azərbaycan bankını məhkəməyə verəcək
Türkiyə mətbuatı iddia edirdi ki, “Qalatasaray” forma sponsorunu Azərbaycanda tapıb. İddiaya görə, klubla “Amrahbank”ın may ayından apardığı danışıqlardan sonra 80 faiz razılıq əldə olunub.
Məhz buna görə, “Amrahbank”ın anlaşmaya əsasən Azərbaycandakı “Qalatasaray”lı azarkeşlər üçün kredit kartı (tərəfdar kartı) buraxdığı bildirilirdi.
Bankdan mətbuata verilən açıqlamada sponsorluq məsələsinin doğru olmadığı bildirilmişdi.
Kartın təqdimatı zamanı kart sahiblərinə “Qalatasaray”a aid mağazalardan 10 faiz ilə 20 faiz arasında güzəştlər, klubun matçlarına uçuş imkanları verilib.
Publika.az xəbər verir ki, bu dəfə başqa bir məsələ ortaya atılıb. Belə ki, Türkiyə KİV-i “Qalatasaray”ın bu kart barədə bazara çıxarıldıqdan sonra xəbərinin olduğunu yazıb.
Bundan sonra klub hərəkətə keçib. İddialara görə, “Qalatasaray”ın rəhbərliyinə bir dəfə belə xəbər verilmədən çıxarılan “tərəfdar kartı” ilə bağlı “Amrahbank”a qarşı iddia qaldıracaq.
“Qalatasaray” avqustun 18-də Azərbaycan bankına etiraz göndərərək məsələni hüquqi çərçivədə həll etməyi düşünür.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın SOCAR-la da forma reklamı müqaviləsi bağladığı deyilmişdi. Ancaq SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev saytmıza açıqlamasında həmin xəbəri təkzib etmişdi. (http://publika.az/p/31952 )
Aygün İlqarqızı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı