İdman
Elnur Əşrəfoğlu və Arif Əsədov “Neftçi”də
Bu gün “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. Publika.az klub saytına istinadən xəbər verir ki, “Neftçi”nin prezidenti öz növbəsində onun istefasını qəbul edib.
Klub Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.
Publika.az-ın əldə etdiyi məlumata görə, artıq Neftçi klubuna Arif Əsədov baş məşqçi təyin olunub. Bundan əlavə, Elnur Əşrəfoğlu Neftçinin prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsini icra edəcək.
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA