İdman
Elxan Abdullayev: “Nəticə gözləmək gülməlidir”
Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Rusiya ilə keçirilən yoldaşlıq görüşündə 4:0 hesabı ilə məğlub oldu.
Millimiz sentyabrın 9-da Bakıda seçmə mərhələnin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Rusiya qarşısında aciz qalan millimiz qrup mərhələsində nəyə ümid edə bilər?
Tanınmış futbol mütəxəssisi Elxan Abdullayev Publika.az-a verdiyi açıqlamada bu suala cavab verdi:
“Dünənki oyun yoldaşlıq görüşü idi. Bu, baş məşqçinin futbolçularını yoxlaması üçün lazımdır. Şəxsən mənim üçün ordakı nəticə o qədər də önəmli deyildi. Bundan başqa, Rusiya millisi güclü rəqibdir. Dünya çempionatında iştirak etmiş komandadır. Buradan nəticə gözləmək gülməlidir. Əlbəttə ki, iki komanda arasında göylə yer qədər fərq var.
Millimizin Bolqarıstanla oyununa gəldikdə, Rusiya ilə oyuna görə nəticə çıxarmaq düzgün deyil. Çünki burda hal-əhval da, stimul da başqa olacaq. Öz meydanımızda oynamağımız da özünü göstərəcək. Düzünü deyim ki, komandamızın Bolqarıstana qarşı yaxşı oyun göstərəcəyinə inanıram. Fərqli bir matç keçəcək”.
Aygün İlqarqızı
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...