"Qarabağ"ın rəqibi “Ferentsvaroş”un prezidenti azərbaycanlıdır? - AÇIQLAMA
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibi “Ferentsvaroş”un prezidenti azərbaycanlıdır? - AÇIQLAMA

""Qarabağ"ın rəqibi “Ferentsvaroş”un prezidenti Gabor Kubatovun azərbaycanlı olması faktı yalandır".

Publika.az xəbər verir ki, bunu "Qardaşlıq" Macar-Azəri Birgə Cəmiyyətinin sədr müavini, 80-ci illərdən Macarıstanda yaşayan Ramiz Əmirli deyib.

O, yayılan məlumatların heç bir əsası olmadığını bildirib:

"Bir neçə il əvvəl Azərbaycan mətbuatında məlumat yayılandan sonra onunla əlaqə yaratmağa çalışdım. 2018-ci ilin oktyabr ayının 5-də onunla əlaqə qurdum. Ona Azərbaycandan milli konyakımızı gətirdiyimi və ona hədiyyə vermək istədiyimi bildirdim. O, mənim bu istədiyimə susqunluqla cavab verdi. Bundan sonra mən dostlarım vasitəsi ilə də onun kimliyi haqqında maraqlanmağa başladım. Miliyyətcə bolqardır deyəsən. Atası çoxdan Avto servis işi ilə məşğul olub. Anası Szekhelyi (Rumınya) macardır. Gabor çox zəngin və tanınmış bir insandır. Macarıstanın Baş Naziri Orban Viktorun yaxın ətrafına daxil olan insanlardandır. Cəmiyyətimizi çaşdırmaq olmaz. Bu heç lazım da deyil. Biz ağa ağ, qaranı qara kimi təqdim etməliyik. Əgər, azərbaycanlı olsaydı onu macar mediası çoxdan təqdim edərdi. Üstəlik, bunu özü dilə gətirərdi. Biz bunu onun dilindən eşitməmişik. Dəfələrlə onu Azərbaycanla bağlı tədbirlərə dəvət etmək istəsək də, o yaxın durmayıb. Onda azərbaycan qanı olsaydı, tədbirlərdə iştirak edərdi. Bir dəfə olsun Azərbaycanın xeyrinə fikir səsləndirməyib. Bəlkə də heç bilmir ki, Azərbaycan hansı tərəfdə yerləşir!"

Xatırladaq ki, mətbuatda “Ferentsvaroş”ın prezidenti Gabor Kubatovun azərbaycanlı olması ilə bağlı xəbərlər tez-tez tirajlanır. Xüsusilə, prezidenti olduğu “Ferensvaros”un Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la gözlənilən oyunundan sonra mövzu yenidən gündəmə gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm