Avropa
“Le Monde”dən Makrona "ikinci zərbə": Fransa Prezidentinin danışdığı yalanlar
Dekabrın 20-də Fransanın məşhur “Le Monde” qəzetində “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin 2-ci hissəsi işıq üzü görüb.
Publika.az xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb:
- Nəşr 4 dekabr 2014-cü ilə gedir və xatırladır ki, təzəlikcə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “start-ap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən söyləyib ki, “mən sosialistəm və mən bunu qəbul edirəm”.
2 il sonra - 2016-cı ilin avqustunda "Puy du Fou" attraksion meydançasında isə o, etiraf edir: “Səmimiyyət məni deməyə məcbur edir ki, mən sosialist deyiləm”.
Nəşr sual edir: E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? - "Siyasətdə yoxdur. Hər bir halda o, müxtəlif vaxtlarda “liberal”, “islahatçı”, “patriot”, “tərəqqipərvər” və s. olduğu barədə iddialar səsləndirib".
- E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir. 2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən c-b “Eyni anda” (E.Makron nəzərdə tutulur) nəticədə “hər şey və onun əksinə” çevrildi.
- Bu gün Fransua Olland deyir ki, “Emmanuel Makron yalan danışandır”. Lakin Prezidentlik dövründə F.Olland bunu hələ bilmirdi.
- E.Makron ona dəstək göstərəcək bir nüfuzlu şəxs axtarışında idi və seçimini keçmiş Baş nazir Michel Rocard üzərində dayandırır. M.Rocard-ı sol və sağ siyasi düşərgələrdə bəyənilirdi. Həmin dövrdə E.Makron televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi ki, “bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir”. Lakin görüşlərdə o söyləyirdi ki, “həm sağ, həm sol olsun”. M.Rocard onu çox ciddi fiqurlarla tanış etdi. Lakin, 2016-cı ildə o, M.Rocard-ın dəfnində iştirak etmir və onun həyat yoldaşını heç bir zaman bir daha Yelisey Sarayına dəvət etmir.
- 2015-ci ildə E.Makron “Le Monde” etiraf etmişdir ki, “Mən heç bir zaman Sarkozini bəyənməmişəm. Burada vulqarlıq və Respublikaya münasibətdə problem var.” Həmin dövrdə hər 2 şəxsin bir birinə nifrət edirdi. N.Sarkozi E.Makron barəsində “Makron, bizim təlxək olan nazirimiz” deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. E.Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və N.Sarkozini Yelisey Sarayına qəbul etməyə başladı. Hər yeni dövlət formalaşanda Sarkozi öz fikrini söyləyir, adlar təklif edir. Lakin heç bir zaman eşidilmir. Sarkozi yaxın ətrafına deyir ki, “Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda biz bilmirik kiminlə danışdıq.”
- E.Makron vədlərini tutmur. 2017-ci ildə verdiyi vədlərdən biri evsiz adamlar problemini həll etmək idi. Bu problem hələ də var. Elə həmin il Marseldə E.Makron deyirdi “Qəmərlilər, İtalyanlar, Əlcəzairlilər, Mərakeşlilər, Tunislilər, Malililər, Seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları! 2019-cu ildə isə E.Makron immiqrasiya haqqında bir problem, qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox immiqrant özünü aldadılmış hiss etdi. Onun bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi François Dosse “Le Monde” sərt məqalə dərc edir. Qəzəbli Makron ona 7 səhifəlik cavab məktubu yazır. Yalnız Makron digərlərinə xəyanət edə bilər.
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ